ABŞ-dan Türkiyəyə növbəti zərbə

ABŞ-dan Türkiyəyə növbəti zərbə

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Türkiyəyə qarşı qanun qəbul edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyəni xristian kilsələrini geri qaytarmaq və ölkədəki xristian azlıqların təqibini dayandırmağa səsləyən qanuna düzəliş edib.

Konqresmen Hovard Berman və Ed Roysun müəllifi olduğu 306 nömrəli "Kilsələrin qaytarılması"adlı qətnaməyə lehinə 41, əleyhinə isə 1 nəfər səs verib.

Sənəddə Türkiyə hökumətindən erməni, yunan, assuriyalı və digər xristian icmalarına aid olduğu deyilən kilsələri həmin xalqlara qaytarmaq tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə