Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Nikola Sarkozinin Berlindəki görüş zamanı Yunanıstan iqtisadiyyatını xilas etməyin yolları haqqında müzakirə apararaq, ümumi konsensus əldə ediblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, əldə olunan konsessusa görə, bu gün Brüsseldə növbədənkənar sammit keçiriləcək və Avroməkanın bütün ölkələri regionun iqtisadi durumunu, Yunanıstan büdcəsindəki mövcud kəsirlərin aradan qaldırılması yollarını müzakirə edəcəklər.
Qeyd edək ki, 2007-ci ildən hökm sürən qlobal iqtisadi böhran Yunanıstan iqtisadiyyatını iflic formaya salmış və ölkə Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan kredit almaq məcburiyyətində qalmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB