Hindistan turlarının qiymətləri xeyli ucuzlaşacaq

Hindistan turlarının qiymətləri xeyli ucuzlaşacaq

Hindistan əcnəbi turistlər arasında getdikcə populyar istirahət yerinə çevrilir. SİA-nın məlumatına görə, ötən il möcüzələr diyarının görməli yerlərinə tamaşa etməyə gələn əcnəbi turistlərin sayı 2009-cu illə müqayisədə 24,2 faiz artıb.

Əcnəbilər Hindistanın ştatları arasında təkcə qumsallı çimərlikləri və azad atmosferi olan Qoa ştatına üstünlük vermir, həm də Tamiland, Uttar-Pradeş, Racastan, Maharaştu ştatlarına və paytaxt Nyu-Dehliyə gedirlər. Kerala və Himaçal-Pradeş ştatları da turistlər üçün maraq doğurur.

Hindistanın Turizm Nazirliyinin məlumatına görə, 2010-cu ildə Hindistana 17,9 milyon turist gəlib.

Hindistanın Turoperatorlar Assosiasiyasının prezidenti Vicay Takur məsələ ilə bağlı bildirib: "2008-ci ilin ikinci yarısında əcnəbilər arasında ölkəmizin populyarlığı nəzərəçarpacaq dərəcədə azalsa da, son iki ildə turizm sənayesində yüksəliş qeydə alınıb. Buna ötən ilin oktyabrında irimiqyaslı Birlik Oyunlarının keçirilməsi kömək edib".

Hazırda Turizm Nazirliyi putyovkaların qiymətlərini, bu sahədə vergilərin azaldılması məsələlərini nəzərdən keçirir. Odur ki, Hindistan turlarının qiymətləri xeyli ucuzlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com