Braziliya su altında qalıb

Braziliyanın şimal-şərqində, Pernambuku ştatında son üç gündə davam edən yağışlar subasmalara səbəb olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 500 nəfər yaşayış yerini itirib, 8 nəfər ölüb. Həmin ərazidə 30 yerdə torpaq sürüşməsi qeydə alınıb, çaylar məcrasından çıxaraq tikililəri su altında qoyub.

Ştatın paytaxtı Resifi şəhərində elektrik xətləri sıradan çıxıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq ərazilərdə müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə