Çində pirotexnika fabrikində partlayış olub

Çində pirotexnika fabrikində partlayış olub

Çinin cənub-qərbində, Suynin vilayətində partlayış baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Dain yaşayış məntəqəsində yerləşən pirotexnika fabrikində qeydə alınıb.

Baş vermiş qəza nəticəsində 4 nəfər ağır xəsarət alıb. Tələfat yoxdur. Hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə