Ermənistanın müdafiə nazirinin oğlu Qarabağda avtomobil qəzasına düşüb

Ermənistanın müdafiə nazirinin oğlu Qarabağda avtomobil qəzasına düşüb

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan Dağlıq Qarabağda avtomobil qəzasında düşüb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə iyulun 14-də Xankəndi-Vəng-Drmbon yolunda baş verib. İçində A.Ohanyanın və daha 15 əsgərin olduğu avtobus yoldan çıxaraq yarğandan aşağı yuvarlanıb.

Müxtəlif yaralar alan əsgərlər Xankəndindəki hospitala aparılıb. A.Ohanyan yaralansa da, həkimlər onun ölməyəcəyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə