İstidən 13 nəfər ölüb

Amerika Birləşmiş Ştatlarının şərqində son bir həftə ərzində müşahidə edilən isti hava şəraiti nəticəsində istidən 13 nəfər ölüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, artıq ölkənin 18 ştatında bir neçə gündür ki, temperatur 40 dərəcədən yüksəkdir.

Ən yüksək rekord isə Miçiqan ştatında qeydə alınıb. Ştatdakı dövlət müəssisələri bağlanıb. Anomal istilərin bu həftənin sonlarınadək davam edəcəyi proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə