ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Türkiyədədir

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Türkiyədədir

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) başçısı Devid Petreus Ankaraya gəlib.SİA-nın məlumatına görə, CIA-nın başçısı Əfqanıstandakı NATO qüvvələrinə başçılıq edən Amerikalı həmkarı Con Allen ilə görüşüb.

Petreus Kabuldakı keçirdiyi görüşlərdən sonra Ankaraya gəlib. Xüsusi təyyarə ilə Ankaranın hava limanına gələn Petreusu Türkiyənin hərbi qüvvələrin rəsmiləri qarşılayıblar. Petreusun Ankarada keçirəcəyi görüşlər və səfərin məqsədi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə