Əfqanıstandakı NATO komandanı dəyişib

Əfqanıstandakı NATO komandanı dəyişib

Əfqanıstandakı NATO hərbi qüvvələrinin komandanı ABŞ generalı Devid Petreus öz səlahiyyətlərini təhvil verib. Komandanlıq general-leytenant Con Allenə keçib.

Səlahiyyətlərin təhvil verilməsi mərasimi paytaxt Kabildə təntənəli şəkildə keçirilib. Mərasimdə Əfqanıstan prezidenti Həmid Kərzai də iştirak edib. Kərzai general Devid Petreusu xidmətlərinə görə, medalla təltif edib.

Qeyd edək ki, Əfqanıstandakı NATO qüvvələrinin yeni komandanı Con Allen bu vaxtadək ABŞ hərbi-hava qüvvələrinin rəhbərinin müavini vəzifəsində çalışıb. General Devid Petreus isə ordudan gedərək, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə