Qəddafi dərhal hakimiyyətdən getməlidir

Qəddafi dərhal hakimiyyətdən getməlidir

"Liviya lideri Müəmmar Qəddafi dərhal hakimiyyətdən getməlidir". SİA-nın məlumatına görə, bunu Brüsseldə növbəti görüşlərini keçirən Avropa İttifaqına üzv 27 ölkənin xarici siyasət idarələrinin rəhbərləri bəyanat qəbul ediblər.

"Qəddafi legitimliyini itirib və dərhal hakimiyyətdən imtina etməlidir", - Liviyada vəziyyətin müzakirəsinin yekunlarına dair materiallarda deyilir.

Nazirlər Liviyanın müxalif Milli Keçid Şurasını (MKŞ) qanuni siyasi qüvvə qismində tanıdıqlarını təsdiqləyiblər. Bundan başqa, onlar MKŞ-nin Liviya rəhbərliyinin Avropadakı dondurulan maliyyə vəsaitlərindən istifadə etməsinin zəruriliyini təsdiqləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə