Yaponiyada aclıq baş verə bilər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb qida məhsullarında vaxtaşırı radiasiya aşkarlanmasıdır. Yaponiyanın ən böyük ticarət şirkətlərindən olan Aeon şirkəti bildirib ki, onun Tokiodakı bir neçə mağazaya göndərdiyi mal ətində radiasiya ola bilər.
Fukuşimo Daici Atom Elektrik Stansiyasında baş vermiş qəzanın üstündən 4 ay ötsə də Yaponiyada tərəvəz, çay, süd, dəniz məhsulları və içməli suda tez-tez radiasiya aşkar edilir. Amma hakim dairələr qida məhsullarında aşkar edilən radiasiyanın səviyyəsinin insan orqanizmi üçün təhlükəli olmadığını deyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB