Tokio 2020-ci ildə yay Olimpiya oyunlarını qəbul etməyə hazırdır

Tokio 2020-ci ildə yay Olimpiya oyunlarını qəbul etməyə hazırdır

Tokio 2020-ci ildə yay Olimpiya oyunlarını qəbul etməyə hazırdır. SİA-nın məlumatına görə, bu sözləri yapon paytaxtının meri Sintaro İsihara bildirib.

\"Əgər qələbəyə bel bağlamırsansa, mübarizəni başlamaq mənasızdır. Biz qalib gələcəyik!" – Milli Olimpiya Komitəsinin 100-illiyinə həsr edilmiş mərasimdə Tokionun meri vurğulayıb.

Tokio bu Olimpiya oyunlarını "bərpa edilmiş Yaponiyanın Olimpiadası" kimi təsəvvür edir. Belə ki, yaponlar dünyaya doqquz il sonra ölkənin bərpa edilmiş simasını nümayiş etdirməyi arzu edirlər. Xüsusən də yarışların Toxokunun zəlzələ və sunamidən dağılmış ərazilərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Tokio 2016-cı il Olimpiadasına oyunların keçirilməsinə iddia etsə də, Rio-de-Janeyroya məğlub oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com