Türkiyənin paytaxtı Ankara şəhəri emblemini dəyişir

Türkiyənin paytaxtı Ankara şəhəri emblemini dəyişir

Mer Melih Gökçəkin rəhbərliyi altında şəhər meriyasında keçirilən müşavirədə yeni emblem təsdiqlənib.

SİA-nın məlumatına görə, ulduzlu aypara olan şəkil Ankaranın simvolu olacaq. Bununla yanaşı emblemdə 5 ulduz da olacaq ki, bu da Anadoluda yaradılan beş türk dövlətinin paytaxtı deməkdir. Şəkildə həmçinin Ataqüllə, iki minarə və Ankara qalası da təsvir edilib.


Qeyd edək ki, yeni emblemin qəbulu qərarı İnzibati Məhkəmə tərəfindən ləğv edilsə də, bəzi dəyişikliklər ediləndən sonra yeni emblemlə bağlı məsələ səsverməyə qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB