BMT 14 Taliban liderini qara siyahıdan çıxarıb

BMT 14 Taliban liderini qara siyahıdan çıxarıb

BMT Təhlükəsizlik Şurası "Taliban" hərəkatının 14 lideri barəsində sanksiyaları təkrar gözdən keçirərkən onların adlarını beynəlxalq cinayətkarların qara siyahısından silib.

SİA-nın məlumatına görə, bu addım müharibə girdabında boğulan Əfqanıstanda sülh nizamlanmasının dəstəklənməsi naminə atılıb.

BMT Təhlükəsizlik Şurasının qərarından öncə, qara siyahıda 137 talibin adı var idi. Onlara qarşı hesabların dondurulması, səfərlərə və silah tədarükünə embarqo qoyulması kimi sanksiyalar tətbiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə