ABŞ Əfqanıstanı tərk edir

ABŞ öz ordusunu Əfqanıstandan çıxarmağa başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu həftə sonu bir qrup Əfqanıstan paytaxtı Kabulun şimal-şərqində yerləşən 650 əsgər və zabit tərk edib.

İyunun sonunda ABŞ prezidenti Barak Obama ordunun Əfqanıstan ərazisindən üçdə bir hissəsini 2012-ci ilin yayına qədər çıxarılacağını bəyan edib. Bu ilin sonuna qədər Əfqanıstanı 10 min ABŞ hərbi qulluqçu tərk edəcək. Vaşinqton hərbi kontingentin tamamilə çıxarılmasını 2014-cü ilə planlaşdırır.

Qeyd edək ki, hazırda Əfqanıstanda olan ABŞ hərbçilərinin sayı 100 minə yaxındır. 2009-cu ildə Barak Obamanın Ağ evə gəlişindən sonra bu say iki dəfə artmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə