Yaponiyada ordu milçəklərlə mübarizə aparacaq

Yaponiyada ordu milçəklərlə mübarizə aparacaq

Yaponiyanın özünümüdafiə dəstələri sunamidən zərər çəkən ərazilərdə sayı çoxalan həşəratlarla mübarizə üçün 10 xüsusi qruplaşma yaradacaq. SİA-nın məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Tosimi Kitadzava bildirib.

Dezinfektorlar qrupu sözügedən rayonu tez bir zamanda xüsusi maddələrlə yumalıdırlar.

Müdafiə naziri deyib: "Hələ ki, yerli hakimiyyət orqanları həşəratlarla mübarizəni özəl şirkətlərə tapşırırlar, amma bundan fayda elə də çox olmur. Özünümüdafiə dəstələri özləri bu problemlə məşğul olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə