Ukraynanın "Naftoqaz" Milli Səhmdar Şirkəti Yuliya Timoşenkoya qarşı qaz işi ilə bağlı keçirilən məhkəmə iclası çərçivəsində ona qarşı mülki iddia irəli sürüb. SİA-nın məlumatına görə, şirkət keçmiş Baş nazirdən 1 milyard 516 milyon qriven ( təxminən 187,5 milyon dollar) tutulmasını tələb edib.
"Biz cavabdehdən dəymiş zərərə görə, 1 milyard 516 milyon qriven tutulmasını
xahiş edirik" – deyə, "Naftoqaz"ın nümayəndəsi Timoşenkoya qarşı öz iddia
tələbini açıqlayıb.
O, bu iddia tələbini "Naftoqaz" rəhbərliyinin tapşırığına əsasən irəli
sürdüyünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB