Liviyada bu ölkənin Marsa-əl-Breqa şəhəri yaxınlığında qiyamçılar və Müəmmar Qəddafiyə sadiq hökumət qoşunları arasında döyüşlər nəticəsində ən azı üç nəfər həlak olub, 73 insan yaralanıb. SİA-nın məlumatına görə, Marsa-əl-Breqa ətrafında döyüşlər hələ cümə axşamı bərpa olunub.
Hal-hazırda liviyalı qiyamçılar ölkənin şərqində yerləşən şəhəri Qəddafi qüvvələrinin əlindən almağa çalışırlar.
Frans Press Agentliyinin qiyamçıların
nümayəndələrinə istinadən verdiyi xəbərə görə, Əcdabiyyə şəhəri uğrunda da
döyüşlər gedir.
"Döyüşlər ölkənin şimalında
(Əcdabiyyə və Marsa-əl-Breqa şəhərləri arasında) cənubunda və mərkəzi
hissəsində gedir", - agentlik qiyamçıların nümayəndəsindən sitat gətirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB