Liviyada təxminən 3 aydan sonra ərzaq çatışmazlığı başlaya bilər. SİA-nın məlumatına görə, bu barədə ölkənin kənd təsərrüfatı naziri Əbdül Məqid əl-Qaud mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, ölkədəki məhsulun cəmi 20 faizi toplanıb: \"Hazırda Liviyada vəziyyət gərgindir. Çünki ölkədə ciddi vətəndaş müharibəsi gedir və yanacaq tükənmək üzrədir. Bu il Liviyada təxminən 300 min ton taxıl yığılacaq. Ötən illər Liviyada 1 milyon tondan çox taxıl toplanırdı. Lakin Müəmmar Qəddafiyə qarşı tətbiq edilən sanksiyalarla əlaqədar bu rəqəm kəskin şəkildə azalıb\".
Bütün bunlarla yanaşı məsələyə münasibət bildirən liviyalı mütəxəssislər hesab edir ki, yaxın 3 ay ərzində üsyançıların nəzarətində olan elektrik stansiyası sıradan çıxa bilər. Belə hal baş versə, ölkə əhalisinin 70 faizi içməli sudan məhrum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB