İndoneziyanın şərqində üç zəlzələ baş verib. SİA-nın məlumatına görə, İndoneziya Milli Meteorologiya, İqlimşünaslıq və Geofizika İdarəsinin səlahiyyətliləri bildirib ki, 6,1 bal gücündə ən güclü yeraltı təkanın episentri Molukk adaları əyalətinə daxil olan Tanimbar adalarında, Saumlaki şəhərinin 223 kilometr şimal-qərbində, ocağı Banda dənizində 142 kilometr dərinlikdə olub.
5 bal gücündə digər təkanlar isə Şimali Molukk əyalətinin Ternate şəhərinin 132 və 87 kilometrliyində qeydə alınıb, ocaqları Molukk dənizinin müvafiq olaraq 57 və 122 kilometr dərinliyində olub. Bütün hallarda sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.
Qeyd edək ki, zəlzələlərin ocaqları dərində yerləşdiyi, həmin bölgələrdə əhali az olduğu üçün insan tələfatı qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB