Boliviyada anomal hava, qar yağıb

Boliviyada anomal hava, qar yağıb

Boliviyanın şimalında anomal soyuq hava şəraiti müşahidə olunur. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Son 20 ildə görünməyən güclü qar Potosi departamentində həyatı iflic vəziyyətə salıb. Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 50 sm-ə çatıb.

Minlərlə insan ətraf mühitdən təcrid olunub, nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Hava şəraitinin yaxın günlərdə daha da pisləşəcəyi proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə