Oleq Voloşin: \"Ukrayna dövləti qondarma Abxaziya və Cənubi Osetiyanın da müstəqilliyini tanımayacaq\"

Oleq Voloşin: \"Ukrayna dövləti qondarma Abxaziya və Cənubi Osetiyanın da müstəqilliyini tanımayacaq\"

Rəsmi Kiyev Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaqdır. Ukrayna Gürcüstanı özünün mühüm tərəfdaşı hesab edir və Abxaziyanın, eləcə də Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq. SİA-nın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktoru Oleq Voloşin açıqlaması zamanı məlumat verib. O bildirib ki, Ukrayna XİN rəhbəri Konstantin Qrişşenko iyulun 14-15-də Gürcüstana rəsmi səfər edəcək: \"Biz Gürcüstanı postsovet məkanında mühüm tərəfdaş və dost hesab edirik. Ukrayna Gürcüstanın ərazi bütövlüyünün qəti tərəfdarı olub və bu gün də belədir. Ukrayna dövləti Kosovonun müstəqilliyini tanımadığı kimi, qondarma Abxaziya və Cənubi Osetiyanın da müstəqilliyini tanımayacaq. Bu bizim ardıcıl mövqeyimizdir".

Bütün xəbərlər Facebook səhifəmizdə