ABŞ-ın Texas ştatında yaşayan rəssam Natali Ayriş əsərlərini yaratmaq üçün yalnız dodaqlarından istifadə edir. SİA-nın xəbərinə görə, bu vaxta kimi o, dodaqları ilə 20-dən artıq portret çəkib. Natali bildirib ki, hələ məktəbdə oxuyanda bu üsulla şəkil çəkməyi öyrənib: "Bir dəfə axşam ziyafətinə hazırlaşırdım və dodaqlarımı qırmızı pomada ilə boyadım, kağız salfeti öpdüm. Dodaqlarımın izi diqqətimi cəlb etdi. Anladım ki, bu, gözəldir".
Uzun zaman yataq xəstəsi olan Natalidə I tip şəkərli diabet aşkarlanıb. Çoxlu iynələr və xəstəliyin ilk ağır dövründən sonra uzunmüddətli reabilitasiya Natalinin həyata inamını sarsıtsa da normal həyata qayıtmağa qıza məhz sənət yardım edib. Xəstəliyindən sonrakı depressiyadan qurtaran Natali dünyanın müxtəlif ölkələrində sərgilərini keçirmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB