Ermənistan 2050-ci ilə \"sağ çıxsa\" əhalisinin sayı azalacaq!

Ermənistan 2050-ci ilə \"sağ çıxsa\" əhalisinin sayı azalacaq!
2050-ci ilə doğru Ermənistan əhalisinin sayı hazırkı rəqəmlərlə müqayisədə kəskin surətdə azalacaq. SİA-nın məlumatına görə, bu barədə BMT-nin Əhali Fondunun Ermənistandakı ofisinin icraçı nümayəndəsi Qarik Ayrapetyan deyib. Bununla bağlı keçirilmiş mətbuat konfransında 2009-cu ildə aparılmış araşdırmaların yekunları təqdim edilib. Həmin araşdırmalarda Ermənistanda gələcək 3 ildə növbəti uşağı dünyaya gətirmək arzusu ilə bağlı sorğuda iştirak edənlərin 16%-i müsbət, 68%-i isə tamamilə mənfi rəy bildirib.

Sorğuda iştirak edənlərin 44 %-i ümumiyyətlə Ermənistanda gələcəyin olduğunu düşünmürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə