Qəddafinin oğlu Fransa hakimiyyətiylə danışıqlar aparır

Qəddafinin oğlu Fransa hakimiyyətiylə danışıqlar aparır

Liviya lideri Müəmmar Qəddafinin oğlu Fransa hakimiyyətiylə danışıqlar aparır. SİA-nın məlumatına görə, bu barədə Seyf əl-İslam özü jurnalistlərə açıqlaması zamanı deyib. O bildirib ki, Qəddafi üsyançılarla deyil, Fransayla danışıqlar aparır: \"Fransa prezidenti Nikola Sarkozi ölkəsinin Liviyanın Milli Şurasıyla olan əlaqələrini danmır. Sarkozi mənimlə danışığı zamanı deyib ki, şuranı biz yaratmışıq və bizim maddi dəstəyimiz, silah təminatımız olmadan mövcud ola bilməz".

Digər tərəfdən, Fransanın müdafiə naziri Jirar Lonqe bəyan edib ki, Müəmmar Qəddafiylə danışıqlara başlamaq vaxtı gəlib çatıb:\" Qəddafi ilə ciddi danışıqlar aparmağın vaxtı çatıb. Bunun üçün Qəddafinin məğlubiyyətini gözləməyə ehtiyac yoxdur\".

Qeyd edək ki, rəsmi Paris Seyf əl-İslamın danışıqları ilə bağlı hələlik açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB