Antalya hava limanında rusiyalı turistlər təyyarəyə minməkdən imtina ediblər

Antalya hava limanında rusiyalı turistlər təyyarəyə minməkdən imtina ediblər

Türkiyənin Antaliya hava limanından Rusiyanın Samara şəhərinə uçmalı olan Tu-154 təyyarəsi artıq ikinci gündür ki, havaya qalxa bilmir. SİA-nın Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, \"Kogalmavia\" aviaşirkətnə məxsus təyyarə 150 rus sərnişin ilə birlikdə dünən saat 17:00-də yola düşməli idi. Sərnişin dolu layner hava limanının üzərində bir neçə dövrə vurduqdan sonra eniş etmək məcburiyyətində qalıb.

Hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları isti havada bir saata yaxın təyyarədə qalan sərnişinləri yenidən hava limanın binasına qayıtmağı tələb ediblər. Hava limanına qayıdan sərnişinlər təyyarənin ilüminatorundan yanğın çıxdığını görüblər. Şahidlərdən birinin sözlərinə görə, təyyarə hər tərəfdən yanğınsöndürən maşınlarla əhatə olunub və yanğın söndürülən an həvəskar kamera ilə çəkilib. Həmçinin o qeyd edib ki, təyyarə təmir olunduqdan sonra yola düşəcək, deyə bizə xəbər verildi, sərnişinlər isə öz növbəsində biz bu təyyarə ilə uçmaq istəmirk deyə öz narazılıqlarını bildiriblər.

"Federal Hava Nəqliyyatı Agentliyi" rəhbərinin məsləhətçisi Sergey İsvolskiy isə \"Rusiya xəbərlər xidməti\"-nə açıqlamasında bildirb ki, Antaliyada havanın temperaturu müsbət 45 dərəcə olduğundan və mühərrik tam gücü ilə çalışa bilmədiyindən onu soyutmaq üçün müvafiq tədbirlər görülüb. Mühərrikin soyudulması bir müddət davam etdiyi üçün, eyni zamanda Samara hava limanı dünən çox məşğul olduğundan qrafikdə dəyişiklik etmişik, ona görə də uçuş bu günə təyin edilib.

Qeyd edək ki, Türkiyədən Samara istiqaməti üzrə uçan Tu-154 təyyarəsi 130 sərnişinlə bu gün səhər saat 9:44 Samara hava limanına enib.

Bütün xəbərlər Facebook səhifəmizdə