Liviya lideri Müəmmar Qəddafi Avropanı təhdid edib. SİA-nın məlumatına görə, bu barədə Qəddafi dövlət televiziyasında çıxış edən zaman bəyan edib. O bildirib ki, NATO-nun ölkəsində keçirdiyi hərbi kampaniyanın qisasını almaq üçün Avropaya şəhid ordusu göndərmək fikrindədir: "Yüzlərlə Liviya vətəndaşı Avropada şəhid kimi həlak olacaq. Bu dişə diş, gözə göz prinsipiylə qisas olacaq".
O həmçinin əlavə edib ki, Aralıq dənizinin Siciliya, Kanar kimi tarixən ərəblərə aid olan bir sıra torpaqları tezliklə azad edilməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB