“News of the World” qəzeti yayımına son qoyur

“News of the World” qəzeti yayımına son qoyur

1843-cü ildən bəri nəşr olunan "News of the World" qəzeti yayımına son qoyur. 168 illik tarixini başa vuran "Sun"un bazar əlavəsi son dəfə 10 iyulda pulsuz buraxılacaq.

SİA-nın "MIGnews.com"-a istinadən verdiyi məlumata görə, qəzetin adı Britaniya sakinlərinin telefonlarının dinlənilməsiylə bağlı qalmaqalda hallanır. Bu ilin yazından qəzeti məşhur şəxslərin telefonlarını qeyri-qanuni dinləməkdə ittiham edirlər.

Bu siyahıda keçmiş Baş nazir Toni Bleyer və şahzadə Uilyamın xanımı Keyt Middlton da var. Nəşrə qarşı məhkəmə iddiasını hazırki Baş nazir Devid Kameron, aktyor Cud Lou və aktrisa Sienna Miller qaldırıblar.

Nəşr evinin rəhbəri Ceyms Merdok deyib: ""News of the World" digər insanların məsuliyyətə cəlb olunmasıyla məşğul olub. Bununla belə, məsələ özünə çatanda bacara bilmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə