Belarusda müxalifətin “səssiz etiraz aksiyaları” işi üzrə məhkəməsi başlayıb
Belarusun Qrodno şəhərində müxalifətin "səssiz etiraz aksiyaları" işi üzrə növbəti məhkəmə prosesi başlayıb. SİA-nın Belarusun "Azadlıq Radiosu"na istinadən verdiyi məlumata görə, ittiham olunanlar arasında Konstantin adlı bir şəxs də olub. Onu təxminən 200 dollar məbləğindəcərimə ediblər. Ancaq bu cərimə və Konstantinə elan edilən ittiham hamını təəccübləndirib.
Belə ki, istintaq zamanı, məhkəmənin sifarişiylə hərəkət edən naməlum şahid bildirib ki, cavan oğlan digər etirazçılarla birlikdə əl çalıb. Amma sən demə Konstanin cəmi bir əli varıymış.
Konstantinin prosesdə iştirak edən atası bu absurd ittihama öz etirazını bildirib. Hakim etirazları dinləyib, sonra isə cəriməni təyin edib. Hökmün konkret hansı adla çıxarılması bilinmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB