Barak Obama: \"Əmlak bazarındakı ləng inkişafın günahkarı, mən özüməm\"

Barak Obama: \"Əmlak bazarındakı ləng inkişafın günahkarı, mən özüməm\"

ABŞ Prezidenti Barak Obama ölkəsinə xəbərdarlıq edib. SİA-nın məlumatına görə, prezident Konqresin dövlət borcunun yuxarı həddini artırmaqdan imtina etdiyi təqdirdə, yeni resessiya təhlükəsi yaranacağını bildirib.
Büdcə kəsirini azaltmaq üçün hansı xərcləri azaltmaq və hansı investisiyaları dəstəkləmək lazımdır sualını ortaya qoy
an dövlət başççısı bu mövzu ətrafında fikirilərini bildirib: \"ABŞ Konqresi borc limitini artırmağa razılaşmasa, bu, ölkədə resessiyaya və daha ciddi nəticələrə gətirib çıxara bilər. Bu məsələyə dair kompromis variant tapmağa çalışırıq. Borcların artmasına qarşı mübarizənin başqa üsulları da var. Müdafiə xərclərinin tədricən azaldılması variantı buna misaldır. Administrasiyamız iqtisadiyyata sərmayə qoymaq deyil, dövlət səviyyəsində islahatlar aparmaq niyyətindədir\".
Ağ evin başçısı onu da qeyd e
dib ki, ABŞ-ın indiki Prezidentinin administrasiyası öz sələflərindən daha artıq islahatlar keçirməyə müvəffəq olub. Bununla yanaşı, dövlət başçısı əmlak bazarındakı zəif inkişafın öz səhvləri ilə əlaqəli olduğunu etiraf edib: \"Daşınmaz əmlak bazarındakı ləng inkişaf göz qabağındadır. Lakin iqtisadiyyatın bu sahəsinin zəif inkişaf etməsi mənim vəzifəmin icrasındakı səhvlərimlə əlaqəlidir. Bununla yanaşı, vergi məsələsində də bir sıra problemlər mövcuddur. Gəlirləri aşağı və orta səviyyədə olan amerikanlar tutulan vergilərin azaldılmasına nail olmaq niyyətindədirlər. Əhalinin varlı təbəqələrindən tutulan vergilər isə artırılmalıdır. Çünki bu, iqtisadiyyata qəti şəkildə ziyan vurmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə