Əli Abdullah Saleh sağlamlığına qovuşub

Əli Abdullah Saleh sağlamlığına qovuşub

\"Əli Abdullah Salehi sağalıb, artıq özünü yaxşı hiss edir\". SİA-nın məlumatına görə, bu sözləri Səudiyyə Ərəbistanının Ciddə şəhərində krallığın xarici işlər naziri Səud əl-Feysal deyib.


Böyük Britaniyanın xarici işlər naziri ilə birgə keçirilən mətbuat konfransında açıqlama verən Səud əl-Feysal Salehin müayinəsinin çox çətinliklərdən keçdiyini diqqətə çatdırıb: \"Yəmən prezidenti ölkəmizə gətiriləndə vəziyyəti demək olar ki, ümidsiz idi. Amma artıq çox yol qət etmişik. Hazırda dövlət başçısının səhhətində ciddi bir problem qalmayıb. Ölkəsinə nə zaman qaytarılacağı barədə heç nə demək mümkün deyil. Çünki, hələlik həkim nəzarəti vacibdir\".

Xatırladaq ki, Saleh iyunun 3-də naməlum şəxslərin Yəmənin paytaxtı Sənada prezident sarayı yaxınlığındakı məscidi atəşə tutması zamanı qəlpə yarası almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB