Dominik Stross-Kanın həbs olunması ABŞ-ın ziyanına oldu

Beynəlxalq Valyuta Fondunun keçmiş prezidenti Dominik Stross-Kanın işi üzrə dindirilən 32 yaşlı Qvineya sakini Nafissatu Diallo haqqında yeni detallar aşkar edilib. SİA-nın məlumatına görə, insidentin baş verdiyi oteldə çalışan qadın 7 il əvvəl ABŞ-da siyasi sığınacaq istəyib. Buna səbəb isə, vətənində hökm sürən diktator rejimi ilə mübarizə aparması olub.


Qadın o zamanlar hökumət qüvvələrinin onun evini yandırdığını iddia edib. Guya sığınacaq istəyən qadının evi hökumət nümayəndələri tərəfindən yandırılıb, ailəsinə dəfələrlə işgəncə verilib. Maraqlı orasıdır ki, Nyu-York polisindəki sorğu-sual zamanı qadın bütün iddiaların tanışı tərəfindən uydurulduğunu deyib.


Bütün bunlarla yanaşı otel xidmətçisinin Qvineyada kütləvi zorlama haqqında danışdıqlarının da uydurma olduğu ortaya çıxıb.


Dominik Stross-Kanın vəkili Brayan Donner jurnalistlərə açıqlaması zamanı bildirib ki, məhkəmədə prokurorların işi çətin olacaq: \"Zorlamalar haqqında işlərdə prokurorlar hökm verənləri qurbanın doğru danışdığına inandırmağa çalışmalıdırlar. Lakin bu iş olduqca çətin olacaq. Prokurorlar nəinki işin iflasa uğramasına görə, eyni zamanda ABŞ-ın imicinə zərər yetirən beynəlxalq skandala görə də cavab verməli olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə