İsveçrə dövləti Suriya hakimiyyət nümayəndələrinin 32 milyon dollarlıq bank aktivlərini dondurub. SİA-nın məlumatına görə, İsveçrə hökumətinin nümayəndəsi bildirib ki, bu dondurmalar rəsmi Bernin Suriya məmurlarına qarşı yürütdüyü sanksiyaların bir hissəsidir.
Ötən cümə günü Suriyada prezident Bəşər Əsədə qarşı kütləvi mitinqlər keçirilib. Müxalifət fəallarının dediyinə görə, təkcə Hama şəhərində etiraz aksiyasında 500 min insan iştirak edib. Bu hadisədən dərhal sonra dövlət başçısı regionun qubernatorunu istefaya göndərib.
Xatırladaq ki, 1982-ci ildə də bu şəhərdə rejimə qarşı aksiyalar keçirilmiş, ordunun köməyilə qəddarlıqla qarşısı alınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB