Hillari Klinton: “Qəddafinin hədələri Liviyadakı əməliyyatı dayandırmayacaq”

Hillari Klinton: “Qəddafinin hədələri Liviyadakı əməliyyatı dayandırmayacaq”

ABŞ və İspaniya rəhbərlikləri Liviya lideri Müəmmər Qəddafinin Avorpanın ünvanına səsləndirdiyi təhdidlərin liviyalı vətəndaşların müdafiəsi üzrə NATO-nun rəhbərliyi altında aparılan hərbi əməliyyatı dayandırmayacağını bəyan ediblər.

SİA-nın məlumatına görə, bunu ABŞ-ın Dövlət katibi Hillari Klinton bildirib.

Qeyd edək ki, Qəddafi cümə günü NATO-nu alyans onun rejiminə qarşı hərbi kampaniyanı dayandırmadığı təqdirdə, Avropa ərazisində hücumlar törədiləcəyi ilə bağlı xəbərdar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə