Qəddafi müharibəni Avropaya aparacaq

Qəddafi müharibəni Avropaya aparacaq

Liviyalı diktator Müəmmar Qəddafi ölkəsində gedən vətəndaş müharibəsini Avropaya daşıyacağı haqqında xəbərdarlıq edib. Bu, onun sözlərinə görə, NATO-nun hərbi əməliyyatı davam edəcəyi təqdirdə olacaq.

SİA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, xalqa ünvanlanan telefon müraciətində Müəmmar Qəddafi deyib: "Liviyalılar hərbi əməliyyatlar teatrını Avropaya daşımağa və oradakı evləri, ofisləri və ailələri hərbi nişanlara çevimək iqtidarındadırlar".

Naməlum yerdən yayımlanan bu çıxışda Liviyalı lider həmçinin deyib: "Biz bir gün sizə (NATO ölkələrinə – red.) eyni şeyi qaytaracayıq. Biz istəsək Avropanı çəyirtkə kimi basa bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə