Mərakeşlilər konstitusiyaya dəyişiklikləri dəstəklədilər

Mərakeşlilər konstitusiyaya dəyişiklikləri dəstəklədilər

Mərakeşdə ölkə konstitusiyasına dəyişikliklərə dair referendum keçirilib. SİA-nın xəbərinə görə, referendumda iştirak edən 72,5% seçicilərin 98,5%-i konstitusiyaya dəyişiklikləri bəyənib.

Yeni konstitusiya layihəsində monarxın səlahiyyətləri məhdudlaşdırılır, baş nazirə parlamenti buraxmaq hüququ verilir, məhkəmə hakimiyyəti isə qanunverici və icraedici hakimiyyətdən asılı olmayacaq. Kral VI Məhəmməd yalnız Konstitusiya məhkəməsi ilə məsləhətləşmələrdən sonra parlamenti buraxa biləcək. Yeni konstitusiyaya görə, Mərakeş əhalisinin 60%-ni təşkil edən bərbərlərin dili ilk dəfə olaraq dövlət dili statusu alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə