Almaniya Suriyaya qarşı qətnamə qəbul olunmasına çalışır

Almaniya Suriyaya qarşı qətnamə qəbul olunmasına çalışır

\"BMT-nin Təhlükəsizlik Şurasının sədrliyinə keçən Almaniya öz vəzifəsindən istifadə edərək Suriya hakimiyyətinə qarşı qətnamənin qəbul olunmasına çalışacaq\". SİA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Guido Vestervelle açıqlaması zamanı bildirib. Nazir BMT-nin Suriya hakimiyyətinin repressiv siyasətinə qarşı sərt reaksiya verməli olduğunu diqqətə çatdırıb.

Almaniya, Fransa, Böyük Britaniya və Portuqaliya tərəfindən Suriyaya qarşı hazırlanan qətnamə hələ ki, başqa üzvlər tərəfindən qəbul olunmayıb. Çin, Rusiya, Hindistan, Braziliya və CAR isə sənəd qəbulunu bloka salıblar.

Qeyd edək ki, qətnamənin icra edilməsi ilə bağlı hələlik bütün üzvlər razıılığa gəlməsə də, alman nümayəndə Peter Vittiq kompromisin tez bir zamanda əldə ediləcəyinə inanır.

Bütün xəbərlər Facebook səhifəmizdə