Yaponiya özünə gəlməyə başlayır

Yaponiya özünə gəlməyə başlayır

Zəlzələ və sunaminin viran qoyduğu Yaponiya deyəsən iqtisadi dirçəlişə keçir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ekspertlərin may ayında verdikləri proqnozlar özün doğrultmayıb. Verilən proqnozların əksinə Yaponiya iqtisadiyyatlndakı göstəricilər artıb. Rəsmi məlumatlara görə, ötən aya nisbətən Yaponiyada sənaye-istehsalat bölməsində 5,7 dəfə artım yaşanıb.

Onu da qeyd etmək yerinə düşər ki, martın 11-də baş verən zəlzələ və sunami ən çox avtomobil sənayesinə ziyan vurmuşdu. Amma buna baxmayaraq, bu sahədə də yaponlar ötən aya nisbətən 1,6 dəfə artım əldə ediblər. Xatırladaq ki, ehtiyat hissələrinin çatışmaması və elektrik enerjisinin verilməsindəki kəsintilər "Toyota" və "Honda" kimi avtomobil şirkətlərinin istehsalında ləngimələrə səbəb olmuşdu. Təbii fəlakətdən sonra avtomobil sənayesinə tələbin artması ekspertləri önümüzdəki günlərdə də Yaponiya iqtisadiyyatında artımın olmasını deməsinə zəmin yaratsa da, ölkədə elektrik enerjisinin verilməsində kəsintilərin olması bu inkişafı görünür bir müddət də ləngidəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə