Barak Obama: \"\"ABŞ-ın Əfqanıstandakı missiyası uğurlu olsa da, qələbədən söhbət gedə bilməz\"\"

Barak Obama: \"\"ABŞ-ın Əfqanıstandakı missiyası uğurlu olsa da, qələbədən söhbət gedə bilməz\"\"
\"ABŞ-ın Əfqanıstandakı missiyası uğurlu olsa da, qələbədən söhbət gedə bilməz\". SİA-nın məlumatına görə, bu sözləri ABŞ prezidenti Barak Obama açıqlaması zmanı deyib. Dövlət başçısı hələlik müharibənin gedişində qələbə qazanılmadığını bildirib: \"Müharibənin intensivliyi getdikcə azalır. Biz təhlükəsizliyin təmin edilməsi üzrə səlahiyyətlərin Əfqanıstan rəhbərliyinə verilməsi mərhələsinə keçirik\".

\"Əl Qaidə\" terror təşkilatı haqda danışan Obama təzyiqin davam etdiriləcəyini vurğulayıb: \"Bin Ladenin öldürülməsi \"Əl-Qaidə\"yə çox güclü zərbə oldu. Amma qeyd etmək lazımdır ki, əvvəlki əməliyyatlar təşkilatın zəifləməsində daha böyük rol oynayır. İstənilən halda da, biz \"Əl Qaidə\" təşkilatına təzyiqi davam etdirəcəyik\".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com