Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iki üzvü silahlı hücuma məruz qalıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Kocaeli vilayətinin Çayırova rayonu, partiyanın rayon təşkilatı binasının qarşısında baş verib. Baş vermiş hücum nəticəsində partiyanın idarəçilərindən olan Əli Yüksəl və Murad Tunc yaralanıb.
Eyni zamanda Ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası Türkiyənin yeni parlamentinin yeni tərkibinin andiçmə mərasimini boykot edib. Belə ki, CHP-ni bu addımı atmağa vadar edən "Balyoz çevriliş planı" iddiası olub. Bunun ardınca kürd partiyası olan BDP-yə yaxınlığı ilə seçildiyi bildirilən müstəqil millət vəkilləri də andiçmə mərasimini boykot edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB