Rəsmi Tehran kosmik raketləri sınaqdan keçirir.SİA-nın məlumatına görə, İran öz kosmik proqramının növbəti mərhələsini təqdim edib.
Proqrama görə, İran orbitə birinci meymun-astronavtı buraxmağı planlaşdırır. Bu meymunun xüsusi təlim görmüş 5 meymun arasından seçiləcəyi bildirilib. Meymunlar arsında keçiriləcək müsabiqədə qalib gələn birinci meymun, gələn ay kosmosa yola düşəcək.
Qeyd edək ki, Qərb ölkələri isəöz növbəsində İranın uzunmüddətli kosmik proqramlarından və raket istehsalatının inkişafından narahatdırlar. Çünki raketdaşıyıcılar nüvə başlıqları üçün istifadə oluna bilər. Rəsmi Tehran isə bu ittihamları rədd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB