Beynəlxalq Cinayət Məhkəməsi Qəddafinin həbsinə qərar verib

Beynəlxalq Cinayət Məhkəməsi Qəddafinin həbsinə qərar verib

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Məhkəməqabağı palatası bu gün Liviya lider Muammər Qəddafinin həbsi üçün order verib.

SİA-nın məlumatına görə, bununla yanaşı Qəddafinin oğlu Seyf Əl-İslam və ölkənin kəşfiyyat idarəsinin rəhbəri Abdulla Əs-Senussinin həbs olunmasına qərar verilib.

Bu üç nəfər cinayətlər seriyası törətməkdə günahlandırılır. Onlar həm də insanlıq əleyhinə cinayətlərdə də şübhəli bilinirlər. BCM bu şəxslərin günahını birbaşa sübut edən materiallara malik olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə