Çin Avropaya maddi dəstək göstərməyə hazırdır

Çin Avropaya maddi dəstək göstərməyə hazırdır

Çin dövləti borcların qaytarılmasıyla bağlı problemləri olan Avropa ölkələrinə maddi dəstək göstərməyə hazırdır. Bu haqda Çinin Dövlət Sovetinin sədri Ven Szyabao bəyanat verib. 

SİA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Çin lideri bu sözləri Avropa turnesi çərçivəsində səsləndirilib. Qitəyə 3 günlük səfər çərçivəsində Çin lideri Britaniya hökumətiylə danışıqlar aparacaq.

Qeyd edək ki, Avropa Birliyinə daxil olan bir neçə ölkə – Yunanıstan, İrlandiya, Portuqaliya – maddi dəstək xahişiylə avrozona ölkələrinə və Beynəlxalq Valyuta Fonduna müraciət ediblər. Dərin böhran bu ölkələrin iqtisadiyyatını iflic edib.

Bütün xəbərlər Facebook səhifəmizdə