Azərbaycandan 1009 nəfər leqal immiqrant Ukraynada qeydiyyata düşüb

Azərbaycandan 1009 nəfər leqal immiqrant Ukraynada qeydiyyata düşüb

Son 5 ildə Azərbaycandan 1009 nəfər leqal immiqrant əmək fəaliyyəti ilə məşğul olmaq üçün Ukraynada qeydiyyata düşüb. SİA-nın məlumatına görə, bu statistika Ukraynanın "UNİAN" İnformasiya Agentliyinə ölkənin Demoqrafiya İnstitutu tərəfindən təqdim olunub.

Ukraynanın Demoqrafiya İnstitutu bu ölkəyə işləməyə gələn və qanuni əsasda qeydiyyata düşən xarici immiqrantlarla bağlı statistikanı təqdim edib.

Məlumata görə, 2005-10-cu illər aralığında Ukraynaya gələn immiqrantların sayı (30 810 nəfər) bu ölkəni tərk edən əcnəbilərin sayından (14 min 677 nəfər) iki dəfə çoxdur.

Bildirilir ki, qeydiyyata düşən immiqrantların təqribən 40 faizi (13 min 920 nəfər) Rusiyadan gələnlərdir.

Leqal əmək fəaliyyəti üçün Ukraynanı daha əlverişli görən və son 5 ildə bu ölkəyə üz tutan Azərbaycan vətəndaşlarının sayı 1009 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə