İran neft hasilatına kvotanın artırılmasına etiraz edəcək

İran neft hasilatına kvotanın artırılmasına etiraz edəcək

İran OPEK-in cari ilin sentyabrın 9-da baş tutacaq konfransında neft hasilatına kvotaların artırılmasına etirazla çıxış edəcək.

SİA-nın məlumatına görə, bunu ölkənin neft naziri vəzifəsini icra edən Mohəmməd Əliabad deyib.

"Neft bazarındakı formalaşan tələb-təklif balansını nəzərə alaraq, İran OPEK-in neft hasilatına kvotanın artırılmasına qarşı çıxış edəcək, - M.Əliabad bildirib. – Təşkilat neftin qiymətlərini artırmağı planlaşdırmır". Hazırda İran OPEK-də sədrlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə