Misirin yeni Xarici İşlər Naziri and içib

Misirin yeni Xarici İşlər Naziri and içib

Misirin yeni Xarici İşlər Naziri Muhəmməd Əl-Orabi iyunun 26-da ölkədə hakim Silahlı Qüvvələrin Ali Şurasının sədri marşal Hüseyn Təntavi qarşısında and içib.

SİA-nın məlumatına görə, Əl-Orabi bu postda Nabilə Əl-Ərəbini əvəzləyib.

Əl-Ərəbi Ərəb Dövlətləri Liqasının baş katibi seçilib və yeni işinə iyulun 1-də başlayacaq.

60 yaşlı Əl-Orabi təcrübəli diplomatdır. Yaxın vaxtlara qədər o, Misirin Almaniyadakı səfiri postunu tuturdu. Buna qədər Əl-Orabi Misirin Küveyt, Böyük Britaniya, ABŞ və İsraildəki diplomatik nümayəndəliklərində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə