Pakistanda polis idarəsinə hücumda 10 polis əməkdaşı həlak olub

Pakistanda polis idarəsinə hücumda 10 polis əməkdaşı həlak olub

Pakistanda polis idarəsinə hücum olub, 10 polis əməkdaşı həlak olub. SİA-nın xatici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Pakistanın şimal-qərbində, Cənubi Vəziristanın yaxınlığındakı Dəra İsmayıl Xan rayonunda baş verib.

Nəticədə hüquq-mühafizə orqanlarının 10 əməkdaşı ölüb, daha 5-i isə xəsarət alıb. Şahidlərin sözlərinə görə, atışma zamanı partlayış səsləri də eşidilib. Bəzi məlumatlara görə, atışma yerində terrorçu-kamikadze özünü partladıb. Digər bir məlumatda isə terrorçu-kamikadze sayının 1 yox, 2 olduğu bildirlir.

Hücumda 7-dən 20-yədək silahlı iştirak edib. Hücuma görə məsuliyyəti \"Təhrik-e-Taliban Pakistan\" üzərinə götürüb.


Bütün xəbərlər Facebook səhifəmizdə