ABŞ Dövlət katibi: “Suriyanın aqressiv hərəkətləri heç də yaxşı nəticələnməyə bilər”
Suriya ordusu şimal istiqamətində sərhəd bölgəsinə yaxınlaşdıqca Türkiyəyə qaçan suriyalıların sayı artır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, son bir neçə gündə daha 60 suriyalı Türkiyəyə sığınıb, bununla da qaçqınların sayı 11 mini ötüb.
Sərhəd boyunca həm Suriya, həm də Türkiyə tərəfdə hərbi texnika səfərbər olub. Əsgərlər sərhəd xəttində yerləşən Harapçöz və Manaq kəndlərinə yerləşiblər, Hələb şəhərindən Türkiyəyə gələn yolu isə bağlayıblar. Türkiyə sığınan suriyalıların sözlərinə görə, ordu şimal bölgəsində kəndlərə daxil olaraq əhaliyə amansız divan tutur. Bundan başqa sərhədə yaxın bir neçə kənddə asılan türk bayraqları da çıxarılıb.
Öz növbəsində ABŞ Türkiyə ilə sərhəd rayonlarda Suriya qoşunlarının cəmlənməsindən narahatdır. ABŞ Dövlət katibi Hillari Klintonun iki ölkə arasındakı sərhəddə mümkün qarşıdurma təhlükəsindən narahatlığını ifadə etməsi barədə xəbər yayılıb.
H. Klinton hesab edir ki, Türkiyə ilə sərhəd rayonlarına Suriya qoşunlarının yeni qüvvələrinin cəlb olunması düşündürücüdür: \"Əgər qoşunların sərhəd rayonlarına cəmləşməsi xəbəri doğrudursa, o zaman Suriyanın aqressiv hərəkətləri heç də yaxşı nəticələnməyə bilər və qaçqınların vəziyyətini mənfiyə doğru dəyişər\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB