E.koli bağırsaq virusu artıq Tailanda

E.koli bağırsaq virusu artıq Tailanda

E.koli bağırsaq virusu artıq Tailanda çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tailandın Udontxani vilayətində virusdan ilk ölüm faktı qeydə alınıb. Krallığın Səhiyyə nazirliyinin laboratoriyası da faktı təsdiqləyib.

Belə ki, həyatını itirən Böyük Britaniya vətəndaşı olan Daniel Forqsun ölüm səbəbi Avropanı lərzəyə salan E.koli vurusudur: " Böyük Britaniya vətəndaşı Krallığa 5 iyun tarixində gəlib. 12 gündən sonra vətəndaşın vəziyyəti kəskin ağırlaşıb və tibbi müdaxiləyə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda həyatını itirən şəxsin virusa nə zaman və hansı ölkədə yoluxma səbəbi araşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə