1 iyul tarixindən Pentaqonun rəhbəri ABŞ-ın hərtərəfli təcrübəyə sahib dövlət xadimi, 72 yaşlı Leon Panetta olacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o konqressmen olub və Bill Klintonun dövründə Ağ Evin büdcə idarəsinə və apparatına rəhbərlik edib. Barak Obamanın dövründə isə o Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri təyin edilib.
Panettanın təyini dünən həyata keçirilib və Senat tərəfindən yekdilliklə qəbul edilib. Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri isə ABŞ-ın Əfqanıstandakı ordu rəhbəri Devid Petreus olacaq, lakin onun təyinatı Senatda da təsdiq edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB